|
PKK bombalanır-
Suruç  olayından sonra  polis, əsgərlər və mülki vətəndaşlara  hücumlara başlayan PKK-ya  qarşı Türkiyənin  böyük əməliyyatlara start verdiyi bir zamanda terror təşkilatının siyasi qolu HDP-nin sədri Səlahəddin Demirtaşın  Aralıq dənizi sahillərində tətil etdiyi  üzə çıxıb.
Avropa.info xəbər verir ki, Demirtaşın istirahət fotoları yayılıb.
 
Qeyd edək ki, Suruc olayından sonra, Demirtaş  kürdlərə müracət edərək silahlanma çağırışı etmişdi. Türk Silahlı Qüvvələrinin PKK kamplarını bombalamasından sonra isə, HDP sədri Türkiyə hökumətinə danışıq təklifi etmişdi. Lakin onun  bu təklifi rədd edilmişdi.
 
Cia.az