|
Abdullah Öcalanın ölüm xəbərinə rəsmi münasibət
Təxminən 5 aydır  ailəsiylə görüşdürülməyən PKK lideri  Abdullah Öcalanın  ölməsi ilə bağlı iddialar yayılıb. 
Avropa.info xəbər verir ki, mətbuatın yaydığı bu iddiayla bağlı Türkiyənin Ədliyyə naziri Kənan İpək açıqlama verib. Nazir  yazılı açıqlamasında  Öcalanın ölməsi barədə xəbərlərin həqiqəti əks etdirmədiyini deyib.
"Son günlər bəzi internet saytlarında PKK  başçısı adlandırılan Abdullah Öcalanın öldüyünə dair bəzi xəbərlərin tiraşlandığı və bu xəbərlərin sosial media üzərindən yayıldığı müşahidə olunur. Abdullah Öcalanın öldüyü ilə bağlı xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu xəbərlərin müəyyən məqsədlər üçün tirajlandığı  anlaşılır."
Cia.az