|
Obama ata vətənində

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Ağ Evə rəhbərlik etdiyi müddətdə ilk dəfə olaraq atasının doğma vətəni olan Keniyaya səfər edib.

Cia.az-ın Azərtac-a istinadən məlumatına görə, ABŞ Prezidentinin paytaxt Nayboridə Afrikada sahibkarlığın təşviqi ilə bağlı konfransda iştirak edəcəyi gözlənilir.

Ağ Evin rəhbəri Keniyadan sonra Efiopiyaya səfər edəcək.

Qeyd edək ki, Barak Obama Keniyaya sonuncu dəfə 2006-cı ildə senator olarkən gəlmişdi.

Cia.az