|
Liftdə qalan 5 nəfər...

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları liftdə qalan 5 nəfəri xilas edib. 

Cia.az xəbər verir ki, bu haqda nazirliyin  “112” qaynar telefon xəttinə müraciət daxil olub. Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasının liftində 5 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilibr. Xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Cia.az