|
Türkiyə Hava Qüvvələrinə "Hazır ol" əmri verildi -

Türkiyə Hava Qüvvələrinə "Hazır ol" əmri verilib. Bizimyol.info xəbər verir ki, bu gün Türkiyə-Suriya sərhədində yaşanan gərginlikdən sonra Türk ordusu hazır vəziyyətə gətirilib. 

 
Qeyd edək ki, bu gün Kilis bölgəsində 5 İŞİD terrorçusu sərhədə yaxınlaşaraq Türk əsgərinə atəş açıb. Hadisə zamanı 1 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb. Hücuma cavab verilib və 1 İŞİD terrorçusu məhv edilib. Hadisədən dərhal sonra bölgədə əsgər sayısı artırılıb, "F-16"-lar isə hərəkətə keçib.
 
 
 Cia.az