|
ABŞ-da atışmada 4 nəfər ölüb, 1 nəfər yaralanıb
ABŞ-ın Atlanta şəhəri ərazisindəki evlərin birində baş vermiş atışma zamanı 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
 
APA-nın  məlumatına görə, bu barədə Associated Press yerli polis rəhbərinə məlumat verib.
 
Məlumata görə, polis hadisə yerinə gəldikdə 3 ölü və 2 yaralı şəxsi aşkarlayıb. Yaralılardan biri sonradan xəstəxanada keçinib.
 
Polis əməkdaşları məhz sağ qalan şəxsin atəş açdığını ehtimal edir. Onun əvvəllər bir neçə dəfə həbs olunduğu qeyd edilir.  
Cia.az