Belçika parlamentinin Nümayəndələr Palatası saxta erməni soyqırımı haqda qətnamə layihəsi ilə bağlı müzakirələri yekunlaşdırıb. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, sabah parlamentdə sənəd səsverməyə çıxarılacaq.
Müzakirə zamanı deputatlar uydurma genosidlə bağlı qətnamənin qəbulunu zərutui sayıblar. Deputalardan Jan Penris Türkiyə hökumətini “genosid faktı”nı tanımağa çağırıb.
Debat zamanı həmçinin, saxta iiddianın 100 illik törəninə qatılmadığı üçün ölkə XİN-in başçısının ünvanına ittihamlar səslənib.
Xatırladaq ki, 1998-ci ildə Belçika Senatı qondarma soyqırımı tanıyan qətnamə qəbul edib. Bu dəfə erməni məsələsi bütövlükdə parlamentin səsverməsinə çıxarıalır.
Cia.az
