|
Suriyadakı üç ispan jurnalistdən xəbər yoxdur
Suriyada olan üç ispan jurnalist bir həftədən çoxdur itiblər. İspaniya Jurnalistlər Dərnəyi Federasiyasının rəhbəri Elsa Qonzalez verdiyi açıqlamada Suriyaya 10 İyulda gedən 3 jurnalist Hələb şəhəri yaxınlığında yoxa çıxdıqlarını bildirib. Onlardan ən son 12 İyul tarixində xəbər aldıqlarını vurğulayıb.
İtən jurnalistlərin adları Antonio Pamplieqa, Jose Manuel Lopez və Anqel Sastre olduğu bildirilib. İspaniya hökuməti mövzudan xəbərdar olduqlarını və vəziyyətlə bağlı işlərə davam etdiklərini vurğulayıb.
Cia.az