|
Amerikanın düşməni öldürüldü

Pentaqon Əl-Qaidə terror qruplaşmasına məxsus olan Xorasan qrupunun lideri Muhsin Əl Fadlinin öldürüldüyünü açıqlayıb. 

Pentaqon sözçüsü Jeff Davis açıqlamasında Amerikanın Suriyada həyata keçirdiyi hava hücumu zamanı onun öldürüldüyünü bildirib. 

Qeyd edək ki, Əl Fadli Amerika və müttəfiqlərinə qarşı hücumlar təşkil edib. Onun 11 sentyabr hadisələrində də əlinin olduğu vurğulanırdı. Rəsmi Vaşinqton onun tapılması və öldürülməsi üçün 7 milyon dollarlıq mükafat təyin etmişdi.

Cia.az