Nizami Kino Mərkəzi müqəddəs Ramazan bayramı münasibəti ilə Təhsil Nazirliyinin 1 nömrəli Ailə tipli kiçik qrup evinin uşaqları üçün pulsuz film nümayişi keçirib.
Mərkəzdən bildirilib ki, 1 nömrəli Ailə tipli kiçik qrup evinin müdiri Süsən Nəbiyeva filmi izləməyə gələnlər adından kinomərkəzin əməkdaşlarına təşəkkürünü çatdırıb, belə xeyirxah aksiyaların uşaqlara böyük sevinc bəxş etdiyini vurğulayıb.
Mərkəzin əməkdaşları belə tədbirlərin keçirilməsinə həmişə dəstək olacaqlarını söyləyiblər.
Cia.az
