ABŞ prezidenti Barak Obamanın ögey nənəsi Sara Obama beynəlxalq mükafata layiq görülüb.
“Qafqazinfo” qazeta.ru-ya istinadən xəbər verir ki, 94 yaşlı Sara Keniyada, yaşadığı doğma kəndində xeyriyyə işi ilə məşğul olduğuna görə mükafatlandırılıb.
Obamanın nənəsinin əl tutduğu şəxslər arasında QİÇS və digər xəstəliklərin daşıyıcıları, hamilə qadınlar və təhsildən kənarda qalmış uşaqlar olub.
