|
Polis və tələbələr arasında toqquşma

Londonda polis və tələbələr arasında toqquşma baş verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 11 nəfər saxlanılıb.

Unuversitetlərdə təhsil haqlarının artırılmasına qarşı etiraz edən tələbələr Britaniya parlamentinin qarşısınadək yürüş ediblər. İğtişaşlar nəticəsində 3 polis əməkdaşı yüngül bədən xəsarəti alıb.