Dünyada Ebola virusundan ölənlərin sayı 5420 nəfərə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, artıq 15 mindən çox yoluxma halı qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, xüsusilə Syerra-Leone-də yaxın günlərdə daha 533 xəstədə Ebola virusu aşkarlanıb. Hesabatdakı məlumatlar bu “ölümcül qızdırma növünün” yayıldığı 8 ölkəyə aiddir. Yoluxma və ölüm halları 3 Afrika ölkəsi –Qvineya, Liberiya və Syerra Leonedə üstünlük təşkil edir.
Bu arada dünya ictimaiyyətinin diqqətini Ebola epidemiyasına yönəltmək üçün məşhur kino və musiqi ulduzlarının iştirakı ilə xüsusi videoçarx hazırlanıb. “UAN campaign” adlı bu kampaniyada Met Deymon, Morqan Friman, Ben Aflek, Uil Farrel kimi məşhurlar sadəcə susur və bir söz demədən kameranın obyektivinə baxır. Kampaniyanın press relizinə görə, bu səssiz baxışlar, insanların Ebola virusuna qarşı mübarizə üçün dünya liderlərindən qətiyyətli addımlar gözlədiyi ismarıcını daşıyır.
Videoya baxanlara bu xəstəliyin yayılmasına qarşı mübarizə üçün dünya liderlərinə təpki göstərmək məqsədilə müvafiq petisiyaya qoşulmaq təklif olunur. “Uan” kampaniyası çərçivəsində bu videoçarxla yanaşı Ebola epidemiyası ilə mübarizəyə hansı ölkələrin nə qədər vəsait ayırdığını və nəqədə səhiyyə işçisi yolladığını göstərən interaktiv siyahı təqdim olunub.
