|
Azərbaycanda yaşayan azsaylı xalqların milli geyimləri sərgilənəcək

Azərbaycanda yaşayan azsaylı xalqların milli geyimləri ilə bağlı sərgi təşkil ediləcək. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə bu ilin payızında keçiriləcək.

Mərkəzdən Azərtac-a bildirilib ki, sərgiyə hazırlıq işləri gedir.

Xatırladaq ki, ötən il qurum tərəfindən “Azərbaycan milli geyimləri rəssamların gözü ilə” mövzusunda respublika sərgisi keçirilib. Hazırda bu sərginin kataloqu hazırlanır.

Cia.az