TRT kanalı Türkiyənin Suruç şəhərindəki partlayışa görə efirində dəyişiklik edib.
Telekanal Tvitterdən "Başımız sağ olsun" mesajını paylaşdıqdan sonra bugünkü proqramlarını dəyişdirib. Bu barədə kanal açıqlamasında qeyd edib:
"Uzun zamandır silahların susduğu və sülhün hakim olduğu ölkəmizdə milli birlik və bərabərliyimizə, daxili rifahımıza olan bu böyük təxribatı lənətləyirik. Suruçda baş verən bu mənfur hücüma görə TRT1 proqram siyasətini dəyişir".
Ondan sonra telekanal əyləncəli verilişləri yığışdırıb. Hazırda, gecə saatlarında isə azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin də rol aldığı "Çanaqqala: Son məktub" filmi nümayiş olunur.
Qeyd edək ki, bu gün günorta saatlarında baş verən terror nəticəsində 30 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.

Cia.az