Türkiyənin Şanlıurfa şəhərinin Suruç qəsəbəsindəki Amara Mədəniyyət Mərkəzində baş verən partlayışda 28 nəfər həlak olub. Türkiyə Daxili İşlər Nazirliyinin verdiyi xəbərdə bildirilir ki, partlayışda 100-dən çox insan yaralanıb. İlkin xəbərlərdə partlayışı kamokadze törətdib.
Saat 11.50-də Sosialist Gənclər Dərnəkləri Federasiyasının Kobaninin yenidən inşası ilə bağlı keçirdiyi mətbuat konfransına gələn kamikadze insanların gur olduğu yerdə dayanaraq, partlayış törədib.
Hadisə yerinə dərhal polislər və təcili yardım çağırılıb. Yaralılar şəhərin xəstəxanalarına aparılıb. Səhiyyə Nazirliyinin açıqlamasında ağır yaralananlar çox olduğu üçün ölü sayının artma ehtimalının yüksək olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada insanların panikaya düşməməsi və milli zəmində qarşıdurmaya yol verilməməsi üçün provokasiyalardan uzaq durmaları tövsiyyə edilir.
Olaydan sonra ətraf şəhərlərdən Şanlıurfaya xeyli sayda təhlükəsizlik qüvvələri cəlb edilib. Baş nazir Əhməd Davutoğlunun göstərişi ilə bir neçə hökumət üzvü, o sıradan daxili işlər naziri bölgəyə ezam olunub.

Şəhərə, özəlliklə də partlayış baş verən qəsəbəyə giriş-çıxış xüsusi nəzarətə götürülüb.
Olay prezident Ərdoğan Kıbrıs Barış Hərəkatının 41-ci il qutlamaları üçün Şimali Kıpr Türk Cümhuriyyətinə gedən saatlarda baş verib. Türkiyə mediası yazır ki, Levkoşaya enər-enməz bu xəbəri alan Ərdoğan səfərdəki heyətlə durumu dəyərləndirib və gərəkli göstərişlər verib.
Yada salaq ki, əsasən kürdlərin yaşadığı qəsəbə Suriya sərhədinə çox yaxındır. Olaydan 2 saat sonra Türkiyə-Suriya sərhədində daha bir terror hadisəsinin baş verməsi haqqında xəbərlər yayılıb. İddia olunub ki, sərhədə yaxın ərazidəki yaşayış məntəqəsində baş verən partlayışda 10 nəfərə yaxın insan həlak olub.
Ancaq sonradan bəlli olub ki, parlayış Suriya ərazisindəki Kobani kəndində baş verib.
Türkiyə mediası yazır ki, həlak olanların çoxu Suriyada kürdlərin yaşadığı Kobani şəhərində Suriyanın hökumət qüvvələri ilə vuruşmağa gedən gənclər olub. Onlar Kobani şəhərinin müdafiəsi üçün Türkiyənin müxtəlif bölgələrindən gələn gənclər imiş.

Şahidlər deyir ki, canlı bomba mətbuat konfransının başladığı ilk anda baş verib: “Toplantı yenicə başlamışdı. Gənclər Kobaniyə necə gediləcəyini danışırdılar. Həmin an partlayış oldu. O qədər güclü idi ki, hamımız cəsədlərin altında qaldıq. Meyidlər ətrafa səpələnmişdi. Bir anda hər yer qan gölünə döndü. Partlayış mətbuat konfransı keçirilən sahənin tam mərkəzində baş vermişdi”.
Türkiyə Daxili İşlər Nazirliyinin verdiyi son açıqlamada isə bildirilir ki, terror hadisəsini hansı qrupun törətməsi haqqında ilkin versiya yoxdur. Bu səbəbdən bütün ehtimallar araşdırılır.
Sakit keçən Ramazan bayramı günlərindən sonra Türkiyənin siyasi gündəminin koalisiya danışıqları ilə hərəkətlənəcəyi gözlənilsə də, Şanlıurfadakı terror ölkədə təhlükəsizlik məsələsini ön plana çıxarıb. Sosial mediadakı müxtəlif qruplar Türkiyənin təhlükəsizliyi ilə bağlı qızğın müzakirələrə başlayıblar.
Bölgəni PKK-nın geniş fəliayyət sahəsi kimi təqdim edən qrup baş verənlər üçün terrora dəstək verən kürdlərin məsuliyyət daşıdığını bildirir. Qrup iddia edir ki, Türkiyənin hökumət qüvvələrinin bölgəyə nəzarətini hər imkanda əngəllməyə çalışan terror tərəfdarları özləri də dərk etmədən öz həyatları üçün təhlükə yaradırlar. Bu səbəbdən də baş verən olayların həm siyasi, həm də hüququ məsuliyyəti kürdlərin təmsil olunduğu HDP-dədir.

Digər bir qrup isə iddia edir ki, AKP öz iqtidarı dönəmində kürd açılımı etməklə bölgədə PKK-ya dəstək verən kürdlərə sərbəstlik qazandırıb. Bunun acısını isə dağda Türkiyə dövlətinə qarşı döyüşən PKK-lılar deyil, sadə kürd xalqı yaşayır.
Ölkədə koalisyon hpkumət formalaşdırılmasına bir ay qalsa da, hələlik partiyalar heç bir formul üzərində razılığa gələ bilmir. Siyasilərin son açıqlamalarından bəlli olur ki, partiyalar artıq erkən seçkinin ön hazırlıqlarına başlayıb.
Bəzi MHP və CHP təmsilçiləri təkrar seçki olarsa, partiya siyahılarının dəyişdirilməyəcəyi haqqında danışıb. AKP-yə müxalifətdə olan partiyaların təmsilçiləri deyir ki, son seçkidə bütün bölgələr üzrə uğurlu namizədlərin müəyyən olunması ilə AKP-nin 13 illik təkhakimiyyətliliyinə son qoyulub. Bu səbəbdən də yeni siyahılar üzərində baş sındırmaqdansa, eyni namizədlərin xalqdan daha çox dəstək alması üzərində iş aparılması faydalı olar.

Milliyətçi Hərəkat Pariyasının sədri Dövlət Baxçalı də son açıqlamasında təkrar seçki keçirilsə, ölkənin MHP-yə etimad edəilcəyini söyləyib. MHP lideri deyib ki, seçkidən keçən ayyarımlıq müddətdə vətəndaşlar AKP-nin Türkiyənin xeyrinə olan bütün modellərə əngəl olduğunu, hər vasitə ilə PKK-nın siyasi qolu olan HDP-nin siyasi həyatdakı rolunu güclndirməyə çalışdığını görüb.
Ona görə də təkrar seçki olsa, AKP daha az səs toplayacaq. Müxalifət lideri AKP-nin bu davranışlarının Türkiyənin təhlükəsizliyinə təhdid saydığını bildirib.
Ancaq həm MHP-də, həm də CHP-də təkrar seçkini əlavə güc və vaxt itkisi sayanlar da var. Onların fikrincə, partiyalar bir an öncə koalisiya dialoqlarından nəticə əldə etməlidirlər.
MHP-nin AKP ilə koalisiyaya tərəfdar olan kəsimi iddia edir ki, təkrar seçki mənzərəni MHP-nin deyil, AKP-nin xeyrinə dəyişəcək. AKP bütün imkanlarını səfərbər edərək, 7 iyun seçkisində olduğundan daha uğurlu nəticələr əldə etmək üçün çalışacaq. Bu isə yenidən Türkiyəni AKP-nin təkhakimiyyətliliyinə sürükləyə bilər.
Cia.az
