Astarada vətəndaşa məxsus evin həyətyanı sahəsində 2 ton ot yanıb.
Cia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Astara rayonu, Şuvi kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan tövlənin 44 kv.m sahədə dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır.
Tövlənin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur.
Yanğın saat 00:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Cia.az
