|
Bakıda mənzilə civə dağıldı

Bakıda evə civə dağılıb. Cia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. 

Cia.az