|
Bu içkilər göbəyinizi əridəcək -

Arıqlamaq üçün idman və pəhriz mütləqdir. Bir də göbək yağlarını əridəcək içkilərdən faydalana bilsəniz, tam istədiyiniz formaya düşə biləcəksiz.

Aromalı su: Su içməyin sağlamlıq və kilo vermək baxımından nə qədər faydalı olduğunu bilməyən yoxdur. Suyu adi halında içə bilmirsizsə, nanə, qreypfrut, portağal, limon kimi kalorisi az olan meyvə və tərəvəzlərlə dadlandırıb için.

 

Qreypfrut suyu: Tərkibindəki C vitamini sayəsində immuniteti gücləndirən qreypfrut, arıqlamaq və göbək yağlarından qurtulmaq üçün də faydalıdır. Toxluq hissi verən qreypfrut suyu maddələr mübadiləsini sürətləndirir, yağ yanmasını tezləşdirir.

 

Nanə çayı: Rahatladan və bədəni yeniləyən xüsusiyyəti olan nanə çayının göbəyi düzləşdirici özəlliyi də var. Bədənə girən yağlı yeməklərin həzminə və köp probleminin ortadan qalxmasına yardım edir. Hər gün içə bilərsiz.

 

Yaşıl çay: Tərkibindəki kateşin və antioksidanlar sayəsində qarın bölgəsindəki yağlardan xilas olmanıza kömək edir.

 

İsti şokolad: Təəccüblü olsa da, bir qutu qara şokolad da arıqlamağa kömək edir. İsti şokolad hazırlayıb hər səhər için.

 

Cia.az