|
Selülitdən necə azad olmaq olar

Statistikaya əsasən selülit yaşlı və ya cavan, arıq və ya kök olmasından asılı olmayaraq 85% qadınlarda var. Bu problem artıq çəkidən deyil, həyat tərzindən asılıdır.   

Nə qədər hərəkət etməniz, əsəb keçirməniz, qida rasionunuz və gündəlik nə qədər su içməniz buna təsir edir. Bu əlamətləri nəzərdən keçirərərək  dərinizdə bu problemin niyə yaranmasına cavab tapa bilərsiniz.   
Selülitin ilk səbəblərindən biri - qan dövranın pozulmasıdır ki, bu da qan damarlarının pis işləməsi nəticəsində olur. Selülit problemi daim şiş və artıq çəki ilə paralel getdiyindən, onun müalicəsində bu gün çox istifadə olunan mezoterapiya çox effektiv sayılır. 
 
Bundan başqa,masaj, balanslaşdırılmış qida, idman yolu ilə də selülitdən azad olmaq olar.
Cia.az