ABŞ-a prezidentlər bəxş etmiş məşhur Buş ailəsi ilə bağlı maraqlı fakt ortaya çıxıb. Bir neçə il əvvəl Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti Corc Herbert Uoker Buşun atası, senator Prescot Buşun rəhbəri olduğu təşkilatın əməkdaşları XIX əsrin sonları - XX əsrin əvvəllərində ABŞ işğalçılarına qarşı mübarizə aparmış yerli tayfaların rəhbəri Geronimonun məzarını qazıb və məşhur qəhrəmanın başını kəsərək qəbirdən götürüb.
Bir zamanlar amerikanların qorxulu yuxularına çevrilmiş Geronimo 1909-cu ildə 79 yaşında dünyasını dəyişib.
Onun başının nə üçün kəsilməsinin səbəbləri barədə ətraflı məlumat verilməyib. Xatırladaq ki, hazırda ABŞ-ın ən yaşlı eks-prezidenti olan və “ata” ləqəbi ilə tanınan 91 yaşlı Corc Herbert Uoker Buşun oğlu Corc Uoker Buş da ABŞ-ın 43-cü prezidenti (2000-2008-ci illər) olub.

Cia.az
