Məşhur televiziya, teatr və kino aktyoru, aparıcı, xalq artisti Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda doğulub. 1975-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib.
1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. İstedadlı aktyor Dövlət Televiziyasında hazırlanan "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular" teletamaşaları, eləcədə "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" filmlərində xarakterik rollar oynayıb.
Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 57 yaşında ürək çatışmazlığından vəfat edib.












Cia.az
