|
118 milyon dollarlıq qanunsuz neft ixracı faktı aşkarlandı
Qazaxıstanda 192,7 min ton xam neftin qanunsuz olaraq ixracı faktı aşkarlanıb.
Bu haqda ölkənin Nəqliyyatı üzrə Baş Prokurorluğu məlumat yayıb.
Prokurorluğun məlumatına görə, 22 milyard 7 milyon tenge ( təxminən 117 milyon 615 min dollar- red.) dəyərində 192 min 700 ton xam neftin qanunsuz olaraq ixrac edildiyi faktı müəyyənləşdirilib: "Fakt üzrə araşdırma aparılır".
 
Prokurorluq bildirib ki, bu qanunsuz xarici iqtisadi fəaliyyətin neft istehsalçısı olmayan 13 iştirakçısı müəyyənləşdirilib.
Cia.az