Bu gün Azərbaycan estradasının incilərindən sayılan, xalq artisti Mirzə Babayevin doğum günüdür. Öz nəğmələri, özünəməxsus səmimi ifaları ilə qəlblərə yol tapan sənətkar Azərbaycan mədəniyyətində dərin iz buraxıb.
Onun “Kəpənək”, “Uzaq, yaşıl ada”, “Liman”, “Saçlarına gül düzüm” “Zəfəran”, “Gəlmədin” və bu kimi sevimli nəğmələri bu gün də dillər əzbəridir.
Məşhur xanəndə Bülbülün tələbəsi olan Mirzə Babayev təkcə musiqi sahəsində deyil, digər sahələrdə də istedadlı şəxs idi. O, həmçinin kino aləmində də öz sözünü deyə bilmişdi. Sənətkar 30-dan artıq filmdə (“Bəyin oğurlanması”, “Dəli Kür”, “Dərviş Parisi partladır” və s.) yaddaqalan obrazlar yaradıb.
Cia.az
