Fövqəladə Hallar Nazirliyi Sabunçu rayonunda 4 nəfəri, Xəzər rayonunda isə 2 nəfəri dənizdə batmaqdan xilas edib.
Cia.az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Fatmayı” sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşən 4 nəfər sularda xilasetmə postunun xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.
Digər hadisə Xəzər rayonunda baş verib.
Rayon ərazisindəki dənizdə (“Bilgəh” sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər sularda xilasetmə postunun xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.
Cia.az
