|
AZAL qiymətləri endirdi

AZAL təyyarə biletlərinin qiymətlərini azaldıb. 

Bu bu haqda AzNews.az xəbər yayıb. Turizm şirkətlərindən sayta daxil olan məlumata görə, prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət qiymətləri aşağı salıb.

Belə ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL-dan bununla bağlı müvafiq məktub göndərilib. Məktubda Bakı-İstanbu reysinin 90 manat olması ilə bağlı göstəriş yer alıb. 

Qərarın nə vaxt qüvvəyə minəcəyi isə hələki dəqiq deyil.

Cia.az