Gürcüstanın paytaxtı Tiflisdə yaşayış binasında partlayış baş verib.
Cia.az-ın məlumatına görə, partlayışın baş verməsinə səbəb binada qaz sızması səbəb olub. Partlayış zamanı bir neçə mənzilin divarları dağılıb.
Həmçinin partlayış baş verən mənzilin şüşələri də sınıb. Hadisə nəticəsində dörd nəfər ağır yaralanıb və yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Partlayış baş verən əraziyə xilasedicilər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 
Tiflisin meri David Narmanianın məlumatına görə, Tiflisdə çoxmərtəbəli evdə qazın partlaması nəticəsində ağır yaralanmış 4 insan dünyasını dəyişib. Bundan başqa, daha 8 nəfər isə yaralanıb.
Cia.az
