|
"AKP-MHP koalisiyasına da dəstək verərik" -
"AKP  CHP  ilə ya da  MHP  ilə koalisyon  hökumət qurarsa biz də kənardan dəstəkləyərik"
Avropa.info xəbər verir ki, bu bəyanatla  HDP lideri Səlahəddin Demirtaş çıxış edib.
"MHP mövqeyini açıqlayıb, hökumətin tərkibində olmayacaqlar. Bizə görə Türkiyədə  bir hökumət qurulmalıdır. Cəmiyyət artıq koalisiyaya  səs verib. Koalisyon hökumətin müsbət və ya mənfi cəhətləri də ola bilər .  Davudoğlu ilə görüşümüzdə də deyəcəyik, koalisyon hökumət qurulsun, biz kənardan dəstək verməyə hazırıq."
Qeyd edək ki, HDP  MHP ilə düşmən münasibətdədir. Demirtaşın bu açıqlaması Türkiyə siyasətində müxtəlif müzakirələrə səbəb olub.
Cia.az