İyulun 29-da Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür. Qəhrəmanın ad gününə həsr edilmiş "Varis" kitabının da həmin gün təqdimatı keçiriləcək.
Cia.az-ın məlumatına görə, kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, yazıçı-publisist Fəridə Ləman Azərtac-a müsahibəsində bildirib ki, kitabda o, şərəfli həyatını Vətəni yolunda qurban vermiş bir qəhrəman obrazını yaratmağa çalışıb.
F.Ləman bildirib ki, öz qəhrəman övladlarını unutmayan Azərbaycanda, hələ Ç.Mustafayev haqqında çox bədii əsərlər yazılacaq.
Cia.az
