Tərkibindəki antioksidanlarla super meyvə olan kivi ilə hazırlayacağınız bu maska dərinizi həm təmizləyəcək, həm də qoruyacaq.
1 kivi
1 çay qaşığı saflor yağı
1 çay qaşığı şəkər tozu
Kivini soyub yaxşıca əzin. Yağı və şəkər tozunu əlavə edib qarışdırın. Həftədə 1 dəfə üzünüzə çəkib 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Dərinizin parıldadığnı özünüz də görəcəksiniz.
Cia.az
