Doğuş mütəxəssisi Mişel Odent “New Scientist” jurnalına müsahibəsində təbii doğuşun rahat keçməsi ilə bağlı tövsiyələr açıqlayıb.
Mişel Odentin sözlərinə görə, doğuş zamanı qadın doğuşdan başqa heç nə düşünməməlidir. Başqa şeyləri düşünməsi ağrısız və tez doğuşu əngəlləyir.
Doğuş zamanı qadın yalnız doğuşu düşünəndə uşağı bədəndən itələyən reflekslər dövrəyə girir və körpə asanlıqla ana bətnindən çıxır.
Mütəxəssis kişilərin doğuş zamanı xəstəxanaya gəlməmələrini məsləhət görür. Çünki əri yanında olan qadınlar daha çox ərini düşündüyündən doğuş çətinləşir.
Cia.az
