İstanbulda "The Mountains and the Stones" ("Dağlar və daşlar") filminin çəkilişləri davam edir.
Rejissor Jozef Rubenin çəkdiyi film Kapadokyanın ardından İstanbulda da çəkilişlərinə başlayıb.
Hollivudun məşhur aktyorları Mişiel Huismen və Hera Miller Rüstəm Paşa məscidində kamera qarşısına keçiblər. "Game of Thrones" ("Taxt oyunları") və "Da Vinci’s Demons" ("Da Vinçinin şeytanları") seriallarında çəkilən cütlük məsciddə istirahət ediblər. Huismanın ayaqqabılarını çıxartması da medianın diqqətindən yayınmayıb.
Film ABŞ-lı tibb bacısı ilə türk əsgərin sevgisi haqqqındadır.

Cia.az
