|
Qadınlar həftədə 1,5 saat...

İngiltərədə uniforma istehsalçısı olan Simon Jerseyinin 2 min qadın arasında keçirdiyi sorğu maraqlı nəticə ilə yekunlaşıb. Məlum olub ki, qadınlar iş həyatlarının 5.5 ayını paltar seçiminə sərf edirlər.

18-65 yaşlı qadınlar arasında keçirilən bu anket nəticəsində müəyyənləşib ki, xanımların həftədə 1.5 saatı paltar seçiminə gedir.
 

Sorğuda iştirak edən qadınların 54 faizi geyinəcəkləri paltarları bir gün əvvəldən seçdiklərini, 45 faizi isə paltar seçimində çox çətinlik çəkdiklərini bildirib.

Cia.az