Xəbər verdiyimiz kimi, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı yeni mövsümdə Migel de Servantesin “Ağıllı zadəgan - Don Kixot” romanı əsasında M.Bulqakovun səhnələşdirdiyi “Don Kixot” tamaşasını repertuarına daxil edəcək.
Teatrdan bildirilib ki, Əbülfət Salahovun quruluş verdiyi tamaşada əsas rolları Xanlar Həşimzadə, İqrar Salamov, Çinarə Səmədova və başqaları oynayacaqlar.
Tamaşanın baş rejissoru əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.
Cia.az
