|
"Akademik Əlisöhbət Sumbatzadə" filminin çəkilişləri başa çatıb

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində akademik Əlisöhbət Sumbatzadəyə həsr olunan sənədli televiziya filminin çəkilişləri başa çatıb.

"Akademik Əlisöhbət Sumbatzadə" filmi fundamental tədqiqatları ilə XX əsr Azərbaycan elmində öz imzasını əbədiləşdirmiş görkəmli elm xadiminin ömür yoluna işıq salır. Filmdə Sumbatzadənin həyatına və elmi axtarışlarına, akademik Ziyad Səmədzadənin onunla bağlı xatirələrinə yer verilib.

Filmin ssenari müəllifi Mehriban Əsgərova, rejissoru Miri Rzayev, operatoru Zahid Bağırovdur.

Cia.az