Bu gün əməkdar jurnalist Mais Məmmədovun doğum günüdür. 1938-ci ildə Bakıda anadan olan tanınmış jurnalistin 77 yaşı tamam olur. Vaxtı ilə Rusiyanın ən nüfuzlu telekanallarında çalışan Mais Məmmədov 1998-ci ildən bugünə qədər ANS Müstəqil Yayım və Media şirkətində rəhbər vəzifələrdə çalışır.
Bəlkə də çoxunuz onu Rusiyanın nüfuzlu telekanallarından birinin “Vremya” informasiya proqramının Azərbaycan üzrə xüsusi müxbiri, ya da Çingiz Mustafayevlə ermənilərin törətdikləri Xocalı vəhşiliyini dünyaya car çəkənlərdən biri kimi tanıyırsınız.
Bu gün isə Mais Məmmədov ölkənin əməkdar jurnalisti, ANS Televiziyasının fəxri sədri, Media və İctimai Əlaqələr üzrə baş müşaviridir. Əslində Mais Məmmədovun jurnalist fəaliyyətinə verilən titulları saymaqla bitməz.
Ömrünün növbəti baharını qarşılayan əməkdar jurnalist yaşının kamil dövründə də sənət təcrübələrini gənc nəsillə bölüşür.
“Məni iş saxlayır. İş olması bataram. Sizlər, bu kollektiv məni saxlayır. Mən nə domino, nə də nərd oynaya bilirəm. Mən özümü bir təqaüdçü kimi hiss edə bilmirəm”, – deyə əməkdar jurnalist Mais Məmmədov fikrini açıqlayıb.
Mayis Məmmədov cəsarətli jurnalist kimi hər zaman diqqət mərkəzində olub. Mərhum prezident Heydər Əliyev onun jurnalist fəaliyyətin yüksək qiymətləndirib.
Cia.az
