Əməkdar artist Xanım Qafarovanın dünyasını dəyişməsindən 1 il ötür.
Mərhum aktrisa uzun müddət süd vəzi xərçəngindən əziyyət çəkib.
Qeyd edək ki, X.Qafarova 1967-ci ildə anadan olub. O, teatr və musiqi sənətləri ilə erkən yaşlarından maraqlanmış, uğurlu çıxışlar edərək 1-ci, 2-ci və 3-cü Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olmuşdur. 1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb. Teatrın repertuarında olan bütün tamaşalarda baş və əsas rolların ifaçısı olan aktrisa 2003-cü ildə əməkdar artist fəxri adına layiq görülüb.
Bir qız övladı var.
Cia.az
