Yayda xanımları qoltuqaltı tərləmə və qaralmalarla bağlı problemlər daha çox narahat edir. Bəs bunlardan necə qurtulmaq olar?
Tərləmə cəmiyyətdə narahatlıq yaradan və yayda artan problemdir. Əgər tərləmə hər hansı xəstəliklə bağlı deyilsə, tərin qarşısını alan kremlərdən istifadə edilir. Metal duzları, xüsusilə, alüminium, asit və alkali məhlul, yerli keyitmə kimi maddələr müalicə üçün istifadə olunur. Ancaq bu müalicənin hər zaman köməyi dəymir. Botoks müalicəsi digərlərindən fərqli olaraq daha effektivdir. 6 aydan bir təkrar edilməsi lazımdır.
Qoltuqaltı qaralmasının əsas səbəbi piqment artımıdır. Tünd dərilərdə daha qabarıq görünür. Epilyasiyalar, gigiyenaya əməl etməmə, dar geyimlərlə sürtünmə, qoltuqaltı vasitələrdən istifadə, hamiləlik, addison xəstəliyi zamanı hormonlarda olan dəyişikliklər də qoltuqaltının tündləşməsinə səbəb olur. Şəkər xəstəliyi, piylənmə, bəzi xərçəng növlərində qoltuqaltı məxməri rəng alır.
Hansı kremlərdən istifadə etməliyik?
Əgər qaralmaların səbəbi xəstəlik deyilsə, kremlərdən və ləkə açıcı kremlərdən istifadə edin. Kimyəvi pilinq həkim tərəfindən keçirilsə, daha münasibdir. Eyni zamanda ləkə açıcı lazerlərlə aparılan seansların nəticəsi də ürəkaçan olur.
Cia.az
