Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb.
Cia.az-a Azərsu-dan daxil olan məlumata görə, qəzanın qısa müddətdə aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Cia.az
