|
“İtkin gəlin”in qəhrəmanları 22 ildən sonra bir arada
“İtkin gəlin” serialının qəhrəmanları Əfsanə - xalq artisti Məleykə Əsədova və aktyor Elməddin – Elşən  Rüstəmov bir araya gəlib.

Cia.az-ın məlumatına görə, onlar 22 ildən sonra “Mənim günahım” tamaşasında eyni səhnəni paylaşıblar.

“ATV Maqazin”ə açıqlama verən aktrisa təəssüratlarını bölüşüb:

“22 ildir Elməddin və Əfsanə unudulmur. O qədər ailə övladına bu adı qoyub ki... İndi yeni tamaşada rol aldıq. Burada isə 40 yaşında olan iki insanın sevgisin canlandırdıq".

M.Əsədova həyatında sevgi olmadığını deyib:

“Mənim həyatda bütün sevgim, balım, gülüm qızım Gülərdir”.
Cia.az