|
İŞİD Misir ehramlarını sökmək istəyir

İraq Şam İslam Dövləti (İŞİD) Misirdə yerləşən piramidaları və Sfinksin heykəlini yıxacağını deyib.
Cia.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, qanlı təşkilatın lideri Əbu Bəkir əl-Bağdadi bunun "dini vəzifə" olduğunu deyib.
İngilis müsəlman aktivist Ancem Çoudri "Misirdə xilafət rejimini qurduqdan sonra nə piramidalar, nə Sfinks, nə də bütlər qalacaq" deyib.

Bir müddət əvvəl küveytli İbrahim əl-Kandari də bu tikililərin dinə zidd olduğunu demişdi:
"Bunların indiyə qədər müsəlmanlar tərəfindən yıxılmaması o demək deyil ki, yıxıla bilməz".
Qeyd edk ki, adı çəkilən tarixi tikililər Misir üçün əsas turizm gəlir mənbəyi olmaqla yanaşı, həm də UNESCO-nun Dünya İrsinə daxildir.

Xatırladaq ki, İŞİD bundan əvvəl Suriyada yerləşən qədim şəhər Palmiranı da dağıtmışdı.

Cia.az