|
“Mən mühacirətdə deyiləm, balkonda çay içirəm”:

Milli Şuranın yaradıcılarından biri Eldar Namazov Azərbaycanı tərk etməsi ilə bağlı KİV-lərdə yayılan məlumatları təkzib edib.

“Dünən bir sıra saytlar, o cümlədən mənim hörmət etdiyim saytlar haradansa məlumat götürüb yayıblar ki, guya mən uzun müddətdir Avropada yaşayıram, siyasi sığınacaq almışam və ya bu yaxınlarda alacam. Yazıblar hətta ola bilsin ki, sentyabrda Azərbaycana gəldim, amma hələ qərar verməmişəm” - E.Namazov bu məlumatları "Turan" agentliyinə belə şərh edib.

“Mən evdə oturmuşam, balkonda çay içirəm. Siyasi mühacirlik yolunu seçənlərə hörmətlə yanaşıram. Mənə gəlincə isə bu məsələ nə keçmişdə, nə də indi gündəmdə olmayıb. Belə bir şey gələcəkdə də olmayacaq. Qısamüddətli səfərlər olur. Lakin bu, şəxsi məsələlərlə, müalicə kursları ilə bağlıdır ki, bu da inşallah, yaxın vaxtlarda başa çatacaq” - deyə E.Namazov bildirib.

Cia.az