İndoneziyada 5 hava limanı vulkan püskürməsi səbəbindən qapadılıb. Bu haqda nəqliyyat rəsmiləri xəbər verib.
Şərqi Yava adasında yerləşən Raung dağı bir həftə ərzində havaya kül buraxıb və Balinin Denpasar hava limanının görüntüsünü dumana bürüyüb.
Bali və Avstraliya arasındaki bir çox uçuşlar təxirə salınıb.
Hava limanının sözçüsü BBC-ə açıqlamasında uçuşların artıq ikinci gündür təxirə salındığını və bu halın yerli saatla 21:30-a qədər davam edəcəyini deyib.
Ada avstraliyalılar üçün əsas tətil məkanlarındandır.
İyunun 2-də Indoneziyada digər vulkan dağı olan Sinabung fəallaşmışdı. Azı 3000 insan şiddətli püskürmə başladıqdan sonra evlərini tərk etməyə məcbur olmuşdular.
Cia.az
