|
Vasif Adıgözəlovun 80 illik yubileyi keçiriləcək

2015-ci ilin 25-31 oktyabr tarixlərində görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yubiley tədbiri Prezident İlham Əliyevin "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" imzaladığı sərəncama əsasən nazirlik tərəfindən keçiriləcək.

Tədbirlər planına uyğun olaraq il ərzində teatr-konsert müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqlarında və digər mədəniyyət ocaqlarında V.Adıgözəlovun 80 illiyinə həsr olunan konsertlərin və tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Cia.az