Əfqanıstan hökuməti ölkənin şərqində tanınmış səhra komandiri Şəhidulla Şahidin öldürüldüyünü bəyan edib. Musavat.com-un xarici qaynağa istinadın verdiyi xəbərə görə, o, pilotsuz təyyarədən endirilən raket zərbəsi ilə zərərsizləşdirilib.
Şəhidulla Şahid “Taliban” hərəkatının Pakistan özəyininn rəhbərlərindən biri idi. Ötən il onun İŞİD terror qruplaşmasına keçməsi xəbəri yayılmışdı.
Şahidlə birgə İŞİD-in daha iki slahlısının öldürüldüyü bildirilir. Məlumata görə, keçmiş “Tliban” lideri əvvəllər “Taliban”la İŞİD arasında şiddətli döyüşlərin getdiyi rayonda qətlə yetirilib.
Cia.az
