|
Heydərov daha bir mərhələ istəyir

Tiflis “Dinamo”su üzərində qələbəyə ən çox sevinənlərdən biri klub prezidenti Tale Heydərov idi. 

 

Komandasının avrokuboklarda ilk qələbəsinə sevinən klub prezidentinin hətta səsi batıb.

Bununla belə o, qısa açıqlama verib: “Çox gərgin oyun oldu. Son dəqiqələrdə olsa da qələbə qazandığımız üçün çox sevincliyəm”.

Növbəti rəqibi də keçməyi çalışacaqlarını bildirən Heydərov transferlərlə bağlı da danışıb: 

“Məşqçilər istəyərsə lazım bilinən oyunçuları alarıq. Amma mən bilən kifayət qədər oyunçu transfer etmişik”.

Cia.az