TRT "Bilinməyən tarix, Nargin adası əsarəti" adlı sənədli filmin çəkilişlərinə başlayıb.
Sənədli filmın çəkilişləri Bakı, Nargin adası və Gəncədə aparılır.
TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslan çəkilişlərin iyulun 12-dək davam edəcəyini bildirib.
Sənədli film, birinci Dünya Müharibəsində Nargin adasında Rus Ordusu tərəfindən əsir götürülən Osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edəcək.
Cia.az
