|
İlham Əliyev və xanımı İtaliyaya getdi

Azərbaycan prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gedib. 

Cia.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Milan Expo 2015” Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün iyulun 8-də İtaliya Respublikasına işgüzar səfərə gəliblər.
 
Milanın Malpensa Beynəlxalq Aeroportunda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Cia.az