|
Gömrükdə növbələr azalacaq
Azərbaycanda iri yük maşınlarının daha tez yoxlanılması üçün 8 ədəd skayner tipli avadanlıq quraşdırılıb
"Azərbaycanda gömrük buraxılış məntəqələrində iri həcmli yük maşınlarının daha tez yoxlanılması üçün 8 ədəd skayner tipli avadanlıq quraşdırılıb".
Bunu Dövlət Gömrük Komitəsnin sədri Aydın Əliyev bu gün Bakıda keçirilən GUAM dövlətlərinin 22-ci iclasında söyləyib. Komitə rəhbəri bildirib ki, hazırda daha ikisinin quraşdırlma işləri gedir: 
 
"Bu avadanlıqlar sərhəd məntəqələrində yük maşınlarının növbələrinin yaranamasının qaşısını alacaq. Bununla yanaşı, ötən ay Azərbaycanda fəaliyyət göstərən sahibkarlarla görüşümüz olub. O iclasda səslənən fikirlər təklif şəklində Nazirlər Kabinetinə göndərilib", - deyə A.Əliyev əlavə edib.
Cia.az