|
"Boşboğazlıq etməyin, Çiprasla mesajlaşıram"
Avropa Komissiyasının prezidenti Yan Klod  Juncker toplantılar zamanı daim telefonla  məşğul olması ilə bağlı  tənqidlərinə sərt cavab verib . 
Juncker onu tənqid edənləri boşboğaz adlandırıb.
Qeyd edək ki, Yunanıstanda iqtisadi  böhran başlayandan  Avropa Komissiyasının prezidenti Yan Klod Juncker iclaslar zamanı  əlindəki  mobil telefonla məşğul olması diqqətdən yayınmayıb.
 
Bununla bağlı  Junckera son xəbərdarlıq Macarıstan əsilli  deputat  Kristina Morvaidən gəlib. Kristina Morvai, Junckerin gözünü telefonundan ayırmadığını söyləyərək, onun problemlərlə məşğul olmadığını söyləyib.
 
Juncker  haqqındakı bu tənqidlərə sərt  cavab verib. 
 
"Boşboğazlığı kəsin, Yunanıstanın Baş naziri Aleksis Çiprasla mesajlaşıram. Mən bu gün bunu etmək məcburiyyətindəyəm. İşimi görürəm. Buna görə də heç bir səbəbi  olmayan  bu axmaq söhbət buraxın". 
Cia.az